5 Aprel 2017 15:26
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

"MDB ölkərinin təhlükəsizliyinə əsas təhdid mütəşəkkil cinayətkarlıq, narkotrafik, korrupsiya, eləcə də daxili siyasi vəziyyətə xarici qüvvələrin təsiridir".

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə Moskvada keçirdiyi görüşündə deyib:

"Sizin qarşınızda çox mürəkkəb vəzifələr var. Qeyd etmək xoşdur ki, əməkdaşlıq qurulub və səmərəli inkişaf edir".

Sankt-Peterburqdakı terror aktına diqqət çəkən Putinin sözlərinə görə, hər bir MDB ölkəsi terror hücumu üçün potensial obyektdir: "Biz görürük ki, vəziyyət yaxşılaşmır. Bu, təəssüf doğurur".

Samir


Müəllif:

Oxşar xəbərlər