7 Aprel 2017 09:12
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya ordusunun aviabazasına qanadlı raketlərlə zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb. Zərbələrin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı deyilir.

“ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, - deyə telekanal vurğulayıb. ABŞ-ın endirdiyi zərbələr nəticəsində itkilərin olduğu qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər