Avropa Birliyi ABŞ-ın gecə saatlarında Suriyanın Şayrat aviabazasını bombalaması məsələsinə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk açıqlama verib. O bildirib ki, AB ABŞ-ın bu fəaliyyətini dəstəyir: "ABŞ hücumları kimyəvi hücumlara qarşı qərarlılığa ehtiyac olduğunu göstərdi. AB Suriyadakı vəhşiliyi bitirmək üçün ABŞ ilə birlikdə hərəkət edəcək".
Bu məsələ Fransa prezidenti Fransua Olland ilə Almaniya kansleri Angela Merkel arasındakı telefon danışığının əsas mövzusu olub. Danışıqdan sonra liderlər birgə açıqlama ilə çıxış ediblər: "Bu olayda Suriya prezidenti Bəşər Əsəd məsuliyyət daşıyır. Əsədin kimyəvi silahdan istifadəni təkrarlaması və öz xalqına qarşı cinayət işlətməsi Almaniya və Fransanın 2013-cü ildə Qutadakı faciədən sonra tələb etdiyi sanksiyaların vacibliyini bir daha sübut edir. Suriyaya qarşı sanksiyaları dəstəkləyəcəyik. Suriyanın gələcəyində Əsəd olmamalıdır".
Samir