ABŞ-ın Suriyada vurduğu Şayrat aviabazasından qalxan Bəşər Əsədə aid qırıcılar Homsda silahlı üsyançıların mövqelərinə zərbələr endirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın raket zərbəsindən 24 saat sonra həmin aviobazadan Bəşər Əsədin təyyarələrinin göyə qalxması faktı diqqət çəkib.
Qeyd edək ki, ABŞ-ın son raket zərbəsindən sonra Pentaqon Şayrat hava bazasında radar sistemlərinin, qırıcı təyyarələrin məhv edildiyini açıqlamışdı.
Suriya İnsan Haqları Təşkilatı Bəşər Əsədə məxsus olan qırıcıların ABŞ bombardumanından 24 saat sonra Şayrat bazasından göyə qalxmasını “qeyri mümkündür, amma bacardılar” kimi şərh edib.
Cavad