Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Teleqraf.com xəbər verir ki, terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb, 100-dən çoxu yaralanıb.
Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 16 nəfər ölüb.