İspaniyanın ilk qadın müdafiə naziri olan Karme Çakon Madriddəki eində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, ailəsinin dünəndən bu yana məlumat ala bilmədiyi eks nazirin yaşadığı evə gedən polis əməkdaşları onun öldüyünü görüblər. İlkin ehtimala görə o, ürək çatışmazlığından həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.