14 Aprel 2017 15:27
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım aprelin 16-da ölkədə baş tutacaq referenduma başqa don geyindirmək istəyənlərə sərt cavab verib.

Teleqraf.com "Milliyət" qəzetinə istinadla xəbər verir ki, o, referendum nəticəsində rejimin deyil, idarəetmə sisteminin dəyişəcəyini deyib:

“Bəzi qüvvələr Türkiyənin referendum nəticəsində unitar sistemdən imtina edəcəyini deyir. Yəni bir mərkəzi hökumət və çoxlu kiçik hökumətlər olacaq. Əgər Konstitusiya dəyişikliyində elə maddə varsa, mən həm partiya sədrliyindən, həm də baş nazirlikdən istefa verəcəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər