16 Aprel 2017 00:05
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır. Bunu Koreya Xalq Ordusunun vitse-marşalı Choe Ryong-Hae bəyan edib.

"Adi silahlarla müharibəyə adi silahlarla müharibə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırıq", - KXDR-in banisi Kim Il-sung-un doğulmasının 105-ci ildönümünə həsr olunmuş paradda çıxış edən Choe Ryong-Hae bildirib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, ballistik raketlər, sualtı qayıqların ən yeni nümunələri paradda nümayiş etdirilən hərbi texnika arasındadır.

Aprelin əvvəlində Trump bildirib ki, ABŞ hakimiyyəti Çinin yardımı olmadan da Şimali Koreya ilə bacara bilər.


Müəllif:

Oxşar xəbərlər