Türkiyənin cənub-şərqində Tunceli vilayətində vertolyot qəzaya uğrayıb.
Teleqraf.com-un məlumatına görə, vertolyotda 12 nəfər olub, onlardan 7-si polis, biri hakim, biri hərbi qulluqçu, 3-ü isə ekipaj üzvü olub.
Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.
X X X
Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun qalıqları tapılıb.
Helikopterdə olan 12 nəfər hadisə nəticəsində həlak olub.
X X X
Türkiyənin Tunceli vilayətində qəzaya uğrayan vertolyotun koordinatları məlum olub.
Ekipaj üzvlərindən biri "112 - təcili xilasetmə mərkəzi"nə zəng edərək 7 yaralının olduğunu bildirib.