19 Aprel 2017 00:15
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi: "Ölkəmizin suverenliyinə ikili standarlar tətbiq edilir"

"ABŞ regionda çox təhlükəli şərait yaradıb. Bu vəziyyət Koreya yarımadasındakı sülhə təhlükədir".

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim İn Ryon deyib.

Onun sözlərinə görə, ABŞ-ın yaradığı bu vəziyyət hər an nüvə müharibəsinə səbəb ola bilər. Ryon əlavə edib ki, Şimali Koreya ABŞ-ın istənilən hərbi planlarına cavab verəcək.

Bundan başqa, Pxenyan nümayəndəsi Şimali Koreyanın aprelin 28-də BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasına qarşı olduqlarını açıqlayıb: "Bu BMT TŞ-nın Şimali Koreyanın suverenliyinə ikili standarların tətbiqi anlamına gəlir. Veriləcək qərarlara baxmayaraq, biz yeni nüvə bombalarımızı sınaqdan keçirəcəyik".

Qeyd edək ki, Şimali Koreyanın nüvə proqramının qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın əmri ilə Koreya yarımadasına Amerika Dəniz Qüvvələrinə məxsus kraysler göndərilib. ABŞ Pxenyanı bu kimi addımlardan çəkinməyə çağırıb. Buna cavab olaraq, KXDR aprelin 15-də raket sınağı keçirib. Sınaq uğursuz alınıb. Olaydan bir gün sonra ABŞ vitse-prezidenti Maykl Pens Amerikanın Cənubi Koreyadakı hərbi bazasına gəlib. Hərbçilər qarşısında çıxış edən Pens ABŞ-ın Şimali Koreyaya qarşı münasibətlərdə səbrinin tükəndiyini deyib.

Samir


Müəllif: Samir İsayev

Oxşar xəbərlər