22 Aprel 2017 14:34
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Maliyyə naziri Stevan Munçinə üç sahədə araşdırma apararaq 150 gün müddətinə Ağ Evə hesabat hazırlamağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Tramp ABŞ Maliyyə Nazirliyində keçirilən mərasim zamanı sərəncam imzalayıb.

Trampın imzaladığı sərəncamda vergi sisteminin sadələşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, hazırda bu sistem çox qarışıqdır.

Prezident orta təbəqə və biznes üzərində vergi dərəcələrinin aşağı salınmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Prezident imzaladığı ikinci fərmanla 2007-ci ilin maliyyə böhranından sonra iqtisadi sabitlik üçün lazım olan qanuni zərurətlərin əsasını təşkil edən maliyyə əməliyyatlarının və idarəetmənin incələnəcəyini ifadə edib. Bu çərçivədə kiçik müəssisə və sahibkarlara daha çox kreditlərin verilməsi gözlənilir.

Üçüncü fərmanda isə vergi tənzimləmələrinin səbəb olduğu artıq yüklər azaldılacaq. Prezident qeyd edib ki, bu fərman maliyyə sabitliyi baxımından çox əhəmiyyətlidir.

Ağ Evdən üçüncü fərmanın detalları haqda verilən şərhdə qeyd edilib ki, Federal vergi sistemi sadə, ədalətli, səmərəli və iqtisadi böyüməyə kömək etməlidir.
“Keçmiş illərdə qüvvədə olan vergi tənzimləmələri, vergi yükü iqtisadi böyüməyin qarşısını alırdı”, - Ağ-Evin şərhində qeyd edilir.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı vergilərin azaldılacağı haqda vədlər vermişdi. Mütəxəssislər Trampın seçkilərdə qalib gəlməsini şərtləndirən amillərdən biri kimi bu vədləri göstərirdi.

Ancaq prezident son fərmanlarının ABŞ-da olan böyük korporasiyaların maraqlarına uyğun olub-olmadığı da xüsusi əhəmiyyət daşıyır. Bu dəyişikliklər böyük şirkətlərin marağına zidd olarsa, bu zaman prezidentə qarşı ciddi müqavimətin olacağı da gözlənilir.

Cavad


Müəllif:

Oxşar xəbərlər