3 May 2017 18:43
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:18

Rusiya və Türkiyə prezidentlərinin Soçidə apardıqları danışıqlar başa çatıb.

Teleqraf.com xəbər verir ki, prezidentlərin danışığında əsas müzakirə mövzusu terrorçuluğa qarşı birgə mübarizə, həmçinin ikitərəfli əlaqələrin inkişafı məsələləri olub. Hazırda iki ölkə liderinin birgə mətbuat konfransı keçirilir.

Qeyd edək ki, Ərdoğan Soçiyə Putinin dəvəti ilə gəlib. Prezidentlər arasında bundan əvvəlki görüş mart ayında Moskvada keçirilib. 2017-ci ilin əvvəlindən indiyədək Putin və Ərdoğan 5 dəfə telefonla danışıblar.

***

"Rusiya ilə Türkiyə arasında 2015-ci ildə baş vermiş insidentdən sonra iqtisadi sahədə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından artıq bu gündən etibarən danışa bilərik. Biz razılaşdıq ki, bütün məhdudiyyətləri aradan qaldıraq. Ancaq biz türkiyəli həmkarlarımızdan xahiş etdik ki, bizi kənd təsərrüfatı sahəsində bəzi məhdudiyyətlərin qalması məsələsində anlayışla qarşılasınlar. Məsələ ondadır ki, yerli istehsalçılar məlum böhrandan sonra banklardan kredit götürüblər və onları həmin krediti qaytarmalıdırlar".

V.Putin Türkiyə pomidorlarının ucuz olduğunu da bildirib: "Bu məsələdə məhdudiyyət qalacaq. Ancaq biz bazarımızı xarici məhsulların üzünə bağlaya bilmərik. Ancaq digər məhdudiyyətlərin bu gündən etibarən aradan qaldırılacağını söyləyə bilərik".

Rusiya prezidenti iki ölkə arasında viza rejiminin də qalacağını vurğulayıb: "Ancaq biz mütəxəssislərin, biznesmenlərin və başqa bir sıra şəxslərin səfərlərini asanlaşdırmaq qərarına gəldik".

V.Putin iki ölkənin xüsusi xidmət orqanlarının terror təhlükəsi ilə bağlı birgə əməkdaşlıq edəcəklərini vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyə pomodurunun Rusiya bazarında olmasını istədikləırini söyləyib: "Ancaq bu bir keçid dövrüdür. Yeni bir dövr başlayırıq. Xeyirli olsun".

Səxavət


Müəllif:

Oxşar xəbərlər