Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Obama hələ 20 yaşda olarkən Çikaqoda Şeila Miyoşi Jaqer adlı qadınla yaşayıb. Hazırda Ohayo ştatında Oberlin College Universitetində Şərqi Asiya Araşdırmaları şöbəsinin professoru olan Jager siyasi baxışlarına görə Obama ilə yollarını ayırıb.
Obama Jaqerə 1986-cı ildə evlilik təklif edib, amma xanimin ailəsi qızlarının gənc olduğunu, Obamanın isə böyük ideyalar uğurunda mübarizə apardığını əsas gətirərək gələvək prezidentə "yox" cavabı veriblər.
Jaqer müsabhibəsində bildirib ki, Obama 25 yaşında birdən-birə dəyişib: "O, çox əsəbi olmuşdu. İndiyə qədər yadımdadır. 1987-ci il, münasibətlərimizin yeni başladığı dövr idi. Hələ o zaman prezidentlik xəyalı ilə yaşayırdı. Obamanın bu iddiaları sevgi münasibətlərinə son qoydu. Çünki Obama həmin dövrlərdə afro-amerikan kimi özünü tanıtmaq üçün fəaliyyətə başladı. Kitabın müəllifinə görə Çikaqoda qaradərili bir siyasətçinin afro-amerikan olmayan xanımla münasibət qurması hədəflərinə əngəl ola bilərdi. Gənclər siyasət və irq üstündə mübahisə etməyə başladılar. Jaqerə görə Obama sevgi ilə siyasət arasında sıxılıb qaldı.
Obama bu arada Harvard Universitetində Hüquq təhsili almaq üçün Çikaqonu tərk edib Massaçusettsə gəlməyə hazırlaşırdı. O, Jaqeri də özü ilə Massaçusettsə aparmaq istəyirdi. Amma xanım ixtisası üzrə araşdırma aparmaq üçün Seula getməyi üstün tutdu.
Üniversitetin ilk illərində Mişel LaVaughn Robinson ilə tanış olan Obama üçün yeni həyat başladı. Qısa zamanda Mişellə ciddi münasibət qurdu. Bununla belə Obama 90-91-ci illərdə Jaqerlə də görüşürdü. Jarrova müsahobəsində Jaqer bildirib ki, Obamanın özünə yeni sevgili tapdığını biləndə çox üzülüb
Barak Obama Mişellə evlənəndən sonra Jaqer bir neçə dəfə Obamaya telefon açıb. Amma söhbətləri sevgilə bağlı olmayıb. Hər halda Jaqer belə deyib, müsahibəsində.
Ruslan