6 May 2017 10:52
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, İran və Rusiyanın Suriyaya dair əldə etdiyi razılaşma dünən gecədən etibarən tətbiq edilir.

Teleqraf.com xəbər verir ki, tərəflər Suriyadakı “təhlükəsiz bölgələr” qurulması işinə girişib.

Hazırda söhbət dörd “təhlükəsiz bölgənin” qurulmasından və bütün döyüş təyyarələrinin bu bölgələrdə uçuşunun qadağan edilməsindən gedir.

Birinci bölgə Lazkiyədir. Bura Hələb və Həmanın müxtəlif əraziləri, o cümlədən İdlib daxildir.
İkinci bölgə Xümsün şimal hissəsidir.

Üçüncüsü Şərqi Gura, dördüncü müharibəsiz bölgə kimi Dera və Küneytra ərazisidir. Bu dörd nöqtədə müharibədə tərəf olan qüvvələrin hər hansı silahdan istifadəsinə qadağa tətbiq ediləcək, hərbi uçuşlar dayandırılacaq.

Hələlik ABŞ bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər