Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Mark Qrin namizədlikdən imtinasına səbəb kimi mediada çıxan əsassız və ədalətsiz yazıları, bu məqalələrdə şəxsiyyətinin hədəf alınmasını göstərib.
Qrin yazılı açıqlamada prezidentin bu etimadını özü üçün böyük bir hadisə olduğunu qeyd edib, amma bu təklifdən imtina etdiyini də vurğulayıb.
Qeyd edək ki, Demokratlar Partiyası və əksər insan haqları təşkilatları Qrinin namizədliyinə qarşı çıxıblar. Onlar Mark Qrinin hələ Tennessi senatoru olduğu zaman müsəlmanlar, Latın Amerika mənşəlilər və digər mövzularda sərt mövqelər ortaya qoyduğunu xatırladıblar.
Mark Qrin isə açıqlamasında qeyd edib ki, Tramp hökumətinin daha rahat işləyə və qərarlar çıxara bilməsi üçün namizədliyini geri götürür.
Qeyd edək ki, Barak Obama hakimiyyətdən getdikdən sonra onun Quru Qoşunları komandanı Erik Fanninq vəzifəsindən ayrılıb.
Cavad