6 May 2017 19:03
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron memuar yazmaq üçün kiçik bağ evi alıb. Bunun üçün o, 25 min funt-sterlinq xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Siyasətçinin aldığı bağ evi hazırda yaşadığı evə bitişikdir. Otağın interyerində odun peçi və divan-çarpayı yer alıb. Kemeron qeyd edib ki, otağın dizayn-tərtibat işlərini həyat yoldaşı Samanta görüb.

Qeyd edək ki, D.Kemeron avtobioqrafiya yazmaq niyyətini ilk dəfə 2016-cı ilin oktyabrında açıqlayıb. Siyasətçi hakimiyyətdə olduğu dövrdə qəbul etdiyi qərarları memuarında izah edəcəyinə söz verib.

Kemeron Böyük Britaniyanın baş naziri vəzifəsini 2010-2016-cı illərdə icra edib. Siyasətçi ölkənin Avropa İttifaqından çıxması ilə nəticələnən referendumdan sonra hökumət rəhbəri postundan və Mühafizəkarlar Partiyasının liderliyindən getməli olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər