7 May 2017 10:15
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Livan ordusuna növbəti silah yardımını edib.

Axar.az-ın məlumatına görə, silahlar Livan rəsmilərinə təqdim edilib. Təqdimetmə mərasimində ABŞ-ın Livandakı səfiri Elizabet Riçard da iştirak edib. O, bu silahların Suriya sərhədində Livanın təhlükəsizliyini təmin etmək üçün istifadə olunacağını bildirib:

“Livanın problemlərini diqqətlə izləyirik. Biz keçən ilin sonunda Beyruta 220 milyon dollarlıq silah vermişik. Bununla da Livan bizdən ən çox yardım alan 5-ci ölkə olub”.

Qeyd edək ki, İsrailin “Haaretz” qəzeti bundan öncə ABŞ-ın Livana verdiyi silahların Hizbullahın əlinə keçdiyi haqqında informasiya yayıb. Rəsmi Vaşinqton hələ də İsrail tərəfinin səsləndirdiyi iddialara cavab verməyib.


Müəllif: