Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Zahidan şəhərində cümə namazından sonra danışıb. Çıxışı zamanı qarşıdan gələn prezident seçkilərinə toxunan Mövləvi Əbdülhəmid bildirib ki, İranda sünni məzhəbindən olan vətəndaşlar çoxlu problemlərlə üz-üzə qalıblar: Öz çıxışında, qarşıdan gələn prezident seçkilərinə toxunan Mövləvi Əbdülhəmid bildirib ki, İranda sünni məzhəbindən olan vətəndaşlar çoxlu problemlərlə üz-üzə qalıblar: "Hesab edirik ki, şiələrlə yanaşı sünnilərə də ölkədə prezidentliyə namizədliyini irəli sürməsinə və onların da prezident postuna seçilməsinə icazə verilməli, dini azadlıqlar təmin edilməlidir. İran konstitusiyasına görə, prezident postundan başqa, digər vəzifələri tutmaqda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hamı bərabər hüquqa malikdir. Bununla belə, ölkənin sünni icması qanuna düzəliş edilməsini və bu məhdudiyyətin də aradan qaldırılmasını tələb edir. Biz istəyirik ki, əsas dövlət qurumlarında, nazirliklərdə və başqa dövlət idarələrində sünnilər də işə götürülsün, prezident müavinləri və nazir müavinləri postlarında, eləcə də səfirliklərdə və əyalətin rəhbərliyində sünnilərdən də istifadə edilsin və elə olsun ki, onlar da rəhbər vəzifələri tuta bilsin".
Qeyd edək ki, İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, ölkə prezidenti yalnız şiələr arasından seçilə bilər və prezidentliyə namizədliyini irəli sürən hər bir şəxsin şiə olması əsas şərtlərdən biridir.
Samir