9 May 2017 20:39
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xalqların Demokrat Partiyasından (HDP) olan deputatı Nursel Aydoğanın mandatı ləğv edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Türkiyə Baş Nazirliyinin müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilib.

Məhkəmə qərarı Türkiyə Konstitusiyasının 84-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilib. Nursel Aydoğan terror təşkilatını dəstəkləməkdə və terrora çağırış etməkdə təqsirli bilinir.

Xatırladaq ki, bir müddət öncə PKK terror təşkilatını dəstəkləyən HDP-nin digər üzvü Figen Yüksekdağın da mandatı ləğv edilib.


Müəllif:

Oxşar xəbərlər