10 May 2017 00:12
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın mayın 23-də Fələstinə səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mahmud Abbas Trampın vasitəçiliyi ilə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşə biləcəyini söyləyib: “Ona əməkdaşlığa və sülhü bərpa etmək üçün onun vasitəçiliyi ilə İsrailin baş naziri ilə görüşməyə hazır olduğumuzu dedim”.

Qeyd edək ki, Tramp mayın sonunda ilk xarici səfərini İsrailə edəcək. ABŞ prezidentinin həmçinin Beytüllahim şəhərinə gedəcəyi nəzərdə tutulub.

Xatırladaq ki, Abbasla Tramp ötən həftə Vaşinqtonda bir araya gəlmişdi. Ağ Evin rəsmi açıqlamasında Trampın Yaxın Şərqə səfəri zamanı Fələstinə də baş çəkəcəyi vurğulanırdı.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər