Paskaliya adası sivilizasiyadan uzaq bir yer kimi tanınır. Bu yerin adı dünya mətbuatına yaxşı tanışdır. Ərazidə yerləşən 880 ədəd Maoi heykəlləri var. Bu heykəllərin ağırlığı 70-80 ton arasında dəyişir. Heykəllərin bəziləri torpağın üstündə olsa da, bəziləri torpağın altındadır. Onların bir hissəsinin başında qırmızı rəngdə daş papağa bənzər daşlar var. Bu ağırlıqdakı daşları dağa qaldıran, bunları düzəldənin kimlər olduğu hələ də bilinmir.
Perunun cənubunda yerləşən Nazka çölündə böyük ərazini əhatə edən torpaq üzərindəki rəsmlər görənləri düşündürür. Bu rəsimlər bizim eradan 200 il əvvəl çəkilib. Rəsmlər 1920-ci illərində Peru çöllərində uçan bir təyyarə tərəfindən aşkarlanıb. Bu da həmin rəsmlərin yalnız bəlli bir yüksəklikdən görünə biləcəyini sübut edir. Rəsmlərin yadplanetlilər tərəfindən çəkildiyi güman edilir.
Şəfiqə Nazimqızı