Teleqraf.com xəbər verir ki, bu fikirlər “Nyu York Tayms” qəzetində dərc olunmuş yazıda yer alıb.
Qeyd olunur ki, bir sıra respublikaçılar Trampın Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifədən azad etməsinə qarşı çıxırlar. Bəziləri isə bu qərarı açıq şəkildə müdafiə etsələr də, bu addımın vaxtında atılmadığı fikrindədirlər.
Respublikaçı senatorlar arasında səhiyyə sistemində islahatlar, dövlət büdcəsinin xərclərinin azaldılması, narkotiklərin dövriyyəsinə qarşı mübarizənin yerli icra qurumlarına baha başa gəlməsi, ABŞ-ın Azad ticarət haqqında Şimali Amerika razılaşmasından (NAFTA) çıxmasına dair fikir ayrılığı yaranıb.
Səxavət