Mayın 23-də İsrailə səfər edəcək ABŞ Prezidenti Donald Tramp Qərbi Şəriada yerləşən "Ağlama divarı"nı ziyarət edəcək.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail rəsmiləri "Ağlama divarı"nı ziyarət zamanı Baş nazir Benyamin Netanyahunun Trampı müşaiyyət etməsini təklif ediblər. Amma ABŞ rəsmiləri təklifi rədd ediblər.
ABŞ nümayəndələrindən biri İsrail rəsmilərinə "siz nədən bəhs edirsiniz? Gedəcəyimiz yer İsrailin ərazisi deyil. Ora Qərbi Şərianın bir hissəsidir. Ziyarətə kimlə gedəcəyimiz sizi maraqlandırmaz", - deyib.
Trampın milli təhlükəsizlik məsələləri üzrə sözçüsü MakMaster jurnalistlərə açıqlamasında "Ağlama divarı" harada yerləşir" sualına cavab verməyərək "verəcəyim cavab siyasi qərar olur" deyib.
Ayxan