Teleqraf.com xəbər verir ki, Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk bildirib ki, iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərə gedə bilməsi haqda bu razılaşma gələn həftə tətbiq edilə bilər.
Miqrasiya Xidmətinin nümayəndəsi deyib ki, əslində bu prosesə mayın 20-də başlanmalı idi: "Biz hazırda Xarici İşlər Nazirliyinin açıqlayacağı tarixi gözləyirik. Hesab edirəm ki, önümüzdəki bir-iki həftəyə bu prosesə start veriləcək".
Qeyd edək ki, Türkiyə və Ukrayna hökumətləri arasında 2017-ci ilin 14 martında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərə dair anlaşma əldə olunub.