Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, David Ben-Qurion aeroportunda Trampı İsrail prezidenti Reuven Rivlin, Baş nazir Binyamin Netanyahu və həyat yoldaşı Sara, Knessetin spikeri Yuliy Edelşteyn, İsrail hökumətinin bütün nazirləri qarşılayıb.
Trampın səfərini İsrailin bütün telekanalları canlı yayımlayır.
Səfər çərçivəsində Tramp israilli həmkarı və bu ölkənin baş naziri ilə görüşəcək. Görüş zamanı iki ölkə arasındakı münasibətlər, təhlükəsizlik sahəsində əməkdaşlıq və fələstinlilərlə sülh məsələləri müzakirə ediləcək.
Trampın səfəri ilə əlaqədar Qüdsdə bir çox küçə və prospektlər bağlanıbş Ümumilikdə təhlükəsizliyi 10 min polis qoruyur.
Sabah isə Tramp İordan çayının qərb sahilində yerləşən Veflem şəhərində gedəcək və burada Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. O Qüdsdəki İsrail muzeyində nitq söyləyəcək və Vatikana yola düşəcək. Trampı səfər zamanı həyat yoldaşı Melaniya və qızı İvanka müşayiət edir.