28 May 2017 08:57
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Samsun şəhərində 56 günlük körpəsini dərman içirərək öldürən qadın özü də intihara cəhd edib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Samsunun Qaziosmanpaşa məhəlləsində evli, 2 uşaq anası, 29 yaşlı D.Ö. adlı qadın depressiyaya düşməsi səbəbindən intihar eetmək istəyib. O, ölüncə 56 günlük qızı A.A.Ö.-yə kimsənin baxmayacağını düşünərək uşağın yeməyinə dərman qatıb.

Evə gələn E.Ö arvadı və uşağınınbayıldığını görüb. Onlar xəstəxanaya aparılsa da, uşağın həyatını xilas etmək mümkünolmayıb. Qadın isə müayinə olunduqdan sonra həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər