3 İyun 2017 22:00
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Daxili İşlər Nazirliyinə bağlı Çevik Müdaxilə Qüvvələrinin kapitanı Dərgəm əl-Heydəri kəşfiyyat mənbələrinə istinadən Mosulun qərb hissəsində davam edən qarşıdurmalardan qaçan və İŞİD tərəfindən qətlə yetirilən 120 dinc sakinin cəsədinin yol kənarlarında olduğu barədə məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, əl-Heydəri deyib: “Son iki gün ərzində həyatını itirən vətəndaşların bir qisimi bölgədəki qarşıdurmalardan qaçarkən öldürülüb, bəziləri edam edilib, bəziləri də İŞİD-in bombalı hücumlarında həyatını itirib”.

Əl-Heydəri, həmçinin, Çevik Müdaxilə Qüvvələrinin İŞİD-in nəzarət altında saxladığı Zəncilidən qaçan 70-i qadın və uşaq olan 150-dən çox vətəndaşı bölgədən çıxardığını deyib.

Səxavət


Müəllif: Səxavət