Türkiyə boğazların statusu haqqında konvensiya üzrə bütün öhdəlikləri yerinə yetirir. ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Nazirin sözlərinə görə, konvensiya Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün həyatı əhəmiyyətə malikdir:
"Türkiyə heç vaxt məsuliyyətdən yayınmayıb və boğazların statusu haqqında Montre Konvensiyası üzrə bütün öhdəlikləri yerinə yetirib".
Boğazların statusu haqqında Montre Konvensiyasına əsasən, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri onun akvatoriyasında 21 sutka ərzində qala bilər və onlar üçün sinfi və tonnaj üzrə zəruri məhdudiyyətlər qoyulub.