Teleqraf.com xarici mediaya istinada xəbər verir ki, bombalar ən çox ölkənin cənubunda müxaliflərin idarəsindəki Dera bölgəsinə düşüb. Atılan 2031 barrel bombası 15-i uşaq, 12-i qadın olmaqla 42 vətəndaşın ölümünə səbəb olub.
İkinci ən çox bomba hücumu paytaxt Dəməşqin ətrafına olub. 856 bomba hücumlarında 4 uşaq və 2 qadın olmaqla 8 nəfər həyatını itirib. Dəməşq çöllərindən sonra bombalar daha çox Hama, Hələb, Homs, İdlib, Rakka və Kuneytra bölgələrinə yağdırılb.
Barrel bombalı hücumlarda 4 məscid, 4 səhiyyə binası, 2 mülki müdafiə mərkəzi və 1 bazar tamamilə yerlə-yeksan olub.
Hesabata görə, 2015-ci ildə 499-u uşaq, 338-i qadın olmaqla 2032, 2016-cı ildə isə 166-sı uşaq, 86-sı qadın olmaqla 653 vətəndaş həlak olub.