Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz Ciddədəki Əs-Səlam Sarayında keçirdiyi mətbuat konfransında bildirib.
"Qətər xalqı Körfəz və ərəb dünyasının bir parçasıdır. Qətərə qarşı embarqo Dohanın Körfəz Əməkdaşlıq Şurası sistemini parçalamaq, region ölkələrin təhlükəsizliyinə əngəl törətmək və bizim daxili işlərimizə qarışmaq kimi siyasətini düzəltməsinə hesablanıb", deyə kral bildirib.
Qeyd edək ki, Qətər və 4 ərəb ölkəsi arasındakı böhran iyunun 5-də başlayıb. Qətərin 4 ərəb ölkəsindəki səfirləri geri göndərilib, hava və dəniz sahələri Dohanın üzünə bağlanılıb.