12 İyul 2017 13:28
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Milli İnsan Haqqları Komitəsi ABŞ-a müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, komitə Vaşinqtondan Dohaya qarşı çıxan ölkələrin Qətər vətəndaşları və öz ölkələrində yaşayan qətərlilərə qarşı etdikləri qanun pozuntularına qarşı dəqiq və sərt cavab verilməsini istəyib:

"Prezident Əli Samih Marri ABŞ-ın Xarici İşlər Nazirliyində bir çox səlahiyyətlilərlə görüşüb. Görüşdə humanitar dəyərlər, prinsiplər və beynəlxalq müqavilələrin ölkə mənfəətlərindən də yuxarı olması vurğulanıb. Marri Qətər vətəndaşları və qonşu ölkələrdə yaşayan qətərlilərə insan haqları pozuntuları və kütləvi cəzalandırma ilə bağlı ABŞ səlahiyyətlilərinə ətraflı məlumat verib. Bütün bunlara Vaşinqton rəhbərliyi dəqiq və sərt bir mövqe nümayiş etdirməlidir".

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir

Oxşar xəbərlər