14 İyul 2017 08:57
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında amerikalı həmkarı Ceyms Mattisin iki gün əvvəl İranla bağlı bəyanatına kəskin reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu bəyanatı beynəlxalq hüquq qaydalarına zidd addım və İranın daxili işlərinə açıq-aşkar qarışmaq kimi dəyərləndirib:

“Amerika hökumət və onun müdafiə naziri başqa millətlərin müqəddəratını təyin etmək, onlara yol göstərmək əvəzinə yaxşısı budur ki, öz daxili problemlərinin həlli ilə məşğul olsunlar və mövcud durumun səbəblərini araşdırıb tapsınlar. Çünki bu problemlər yaxın gələcəkdə nəinki Amerikanın indiki hökumətini süquta uğradacaq, hətta bu ölkənin siyasi sistemini də ciddi çətinliklərlə üz-üzə qoyacaq.

Hesab edirəm ki, Amerika müdafiə nazirinin İranla bağlı son bəyanatı qızdırması olan xəstə adamların sayıqlamasına bənzəyir”.

Qeyd edək ki, ABŞ Müdafiə naziri Ceyms Mattis narazılıqla qarşılanan açıqlamasında "İran və ABŞ arasında müsbət ikitərəfli əlaqələrin qurulması üçün İranda hakim quruluş dəyişməlidir" fikirlərini səsləndirmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər