Misir təhlükəsizlik qüvvələri İsmailiyyə əyalətində dörd terrorçunu məhv edib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bundan əvvəl təhlükəsizlik qüvvələri Sinay yarımadasından qaçaraq İsmailiyyədə gizlənən cinayətkarlar barədə məlumat əldə ediblər. Onların məqsədi İsmailiyyədə terror aktları törətmək olub.