16 İyul 2017 09:31
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını

Azərbaycanın Dostları Assosiyasiyası (ADA) Fransanın Milli Bayramı münasibətilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin müvəqqəti işlər vəkili Nigar Huseynova Fransanın Azǝrbaycanın müstǝqilliyini tanıyan ilk ölkǝlǝrdǝn biri olduğunu vǝ 1991-ci ildǝ Azǝrbaycan öz müstǝqilliyini bǝrpa etdikdǝn sonra Fransa ilǝ intensiv ǝlaqǝlǝrin inkişaf etdiyini, ölkǝlǝrimiz arasında diplomatik ǝlaqǝlǝrin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirib.

N.Hüseynova iki xalqın yaxınlaşmasında Azǝrbaycanın Dostları Assosiasiyasının mühüm rol oynadığını, 1998-ci ildǝ Fransanın Azǝrbaycandakı ilk sǝfiri Jan Perren tǝrǝfindǝn yaradılmış vǝ 4 il ǝvvǝl Jan Fransua Mansel tǝrǝfindǝn yenidǝn canlandırılmış assosiasiyanın Azǝrbaycan-Fransa dostluğunun carçısına çevrildiyini söylǝyib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti və Fransa parlamenti – Milli Assambleyanın keçmiş üzvü Jan Fransua Mansel Azərbaycan haqqında və ölkəmizin Fransa ilə siyasi, mədəni və iqtsadi münasibətləri barədə məlumat verərək assosiasiyanin fəaliyyətindən və gələcək layihələrindən bəhs edib. O ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən söz açıb. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və qadınlara səs hüququnun verilməsinin 100 illiyinin bir sıra silsilə tədbirlərlə qeyd ediləcəyini iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycanın Dostları Təşkilatının fəxri üzvləri, Fransa Senatının nümayəndələri siyasi və ictimai simalar, həmçinin mədəniyyət xadimlər iştirak ediblər.


Müəllif: Səxavət