Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasında Sergey Lavrovun özü məlumat verib.
Kollektiv Təhlükəsizlik Şurasının toplantısında iştirak etmək üçün getdiyi Minskdə jurnalistlərin suallarını cavablandıran Lavrov İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ və Rusiya arasında Suriyanın cənubunda təhlükəsizlik bölgəsinin qurulması ilə bağlı anlaşmaya qarşı çıxmasına münasibət bildirib.
"Müzakirələrdə iştirak edən tərəflərdən biri İsraildir. Başqa sözlə, israilli həmkarlarımız anlaşmanın detalları barədə məlumatlıdır. Suriyada təhlükəsizlik bölgəsinin qurulması məsələsində İsrailin maraqlarının nəzərə alınması üçün əlimizdən gələni edirik", deyə Lavrov qeyd edib.