Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlar arasında işgəncələr və əhalinin qeyri-qanuni bölgüsü yer alıb.
"Bu ona görə edilir ki, Haaqada məhkəmə prokurorunun dəftərxanası işgəncə, təzyiq, qeyri-qanuni həbslər və s. barədə məlumatlı olsun", - Kolumbiya parlamentinin üzvü İvan Dukenin saytında yerləşdirilən məlumatda deyilir.
İ.Dukenin sözlərinə görə, iddia 56 səhifədən ibarətdir. Sənəd Nikolas Maduro tərəfindən həyata keçirilən mümkün cinayətlər barədədir.