Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bəyanatda Vaşinqtonun İrana qarşı yeni sanksiyalar tətbiq etməsinin “mənasız addım” olduğu və rəsmi Tehranın Vaşinqtonun bu addımını cavabsız qoymayacağı bildirilib:
“ABŞ-ın ölkəmizə qarşı yeni sanksiyalar tətbiq etməsi Vaşinqtonun avropalı müttəfiqlərini nüvə sazişindən çıxmağa məcbur etmək cəhdinin uğursuz qalmasının nəticəsidir. Bununla da Vaşinqton bu uğursuzluğunu ört-basdır etməyə çalışır.
ABŞ-ın İrana qarşı bu addımı qanunsuzdur və biz Vaşinqtonun bu hərəkətinə cavab olaraq, onlara qarşı eyni addımı atacağıq”.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi iyulun 18-də İranın raket proqramına dəstək verən 18 fiziki və hüquqi şəxsə sanksiya qoyub.