Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Arutyunyanın qayınatası Viktor Martirosyan açıqlama verib.
Onun sözlərinə görə, bur həftə öncə Ermənistana ekstradisiya olunan Arutyunyanın səhhətində ciddi problemlər yaranıb:
"Moskva məhkəməsi onu 6 il 9 ay müddətinə azadlıqdan məhrum edib. Arutyunyan cəzasının qalan hissəsini ev dustağı qismində keçirə bilər. Bununla bağlı lazımı orqanlara müraciət etmişik. Güman edirik ki, yaxın 2 ayda o, azadlığa buraxılacaq".