25 İyul 2017 15:50
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç avqustun 18-də Türkiyəyə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Dvorkoviç özü məlumat verib.

O bildirib ki, səfər çərçivəsində İzmirdə bir sıra görüşlər keçirəcək:

"Görüşlər zamanı Türkiyə pomidorunun Rusiyaya çatdırılması ilə bağlı qadağanın ləğv edilməsi məsələsi müzakirə olunacaq. Səfərin nəticələrinin uğurlu olacağını düşünürəm".

Qeyd edək ki, 2016-ci il noyabrın 24-də rus S-24 qırıcısının türk F-16-ları tərəfindən vurulmasından sonra Moskva ilə Ankara arasında münasibətlər gərginləmişdi. Olaydan sonra Rusiya Türkiyə məhsullarının ölkəyə daxil olmasını qadağan etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər