Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Senatda çıxışı zamanı Rusiya ilə əlaqələrinin olmadığını deyib:
"Mən aydınlıq gətirmək istəyirəm: Mən Rusiya ilə danışmamışam, onlarla əlaqəm yoxdur".
Kuşner deyib ki, o, şəxsi suallar xaric, bütün lazımı informasiyaları təqdim etməyə hazırdır.
Qeyd edək ki, Kuşnerin seçkiqabağı kampaniya zamanı Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla görüşdüyü iddia edilir.