29 İyul 2017 00:47
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası dünyaya özünü ermənilərin himayəçisi kimi göstərməkdədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib.

Məlumata görə, minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıb. 3 gün davam edəcəyi bildirilən mərasimə 6 min iranlı və dünya ermənilərinin toplaşacağı bildirilir.

Siyasi məqsədlərə hesablanmış mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı, İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilir.

İran Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşması və nəticə etibarı ilə daşnaqların gizli fəaliyyətinə etibar və legitimlik qazandırıb.

İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövge sərgilədiyi kimi, Güney Azərbaycanda da türk torpaqlarına göz dikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir. Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır.


Müəllif: Samir

Oxşar xəbərlər