29 İyul 2017 09:58
2 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim ən böyük səhvim başlanğıcdan Ukrayna Prezidenti Petro Poroşenkonun motivasiyasını düzgün anlamamağım olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmasını şərh edərkən deyib:

"Poroşenkonun motivasiyası çox sadədir. O ancaq pul barədə düşünür. Poroşenko bayağı alverçidir".

Saakaşvili əlavə edib ki, Poroşenko iş vaxtının çox hissəsini şəxsi biznesinə həsr edir.

Qeyd edək ki, Poroşenkonun qərarı ilə iyulun 26-da Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb. Hazırda ABŞ-dadır.


Müəllif: Samir

Oxşar xəbərlər