Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib.
Onun sözlərinə görə, KXDR bu raketlər ABŞ-ın istənilən bölgəsini məhv edə bilər: "Vaşinqton anlamalıdır ki, Şimali Koreyaya toxunsalar, onlar üçün təhlükəsiz yer olmayacaq".
Kim Çen əlavə edib ki, ABŞ-ın hərbi təhdidi və sanksiyalar qərarı KXDR-i nüvə silahı əldə etmə istəyini daha da gücləndirir.
Qeyd edək ki, Şimali Koreya gecə saatlarında ballistik raket sınağı keçirib. Yerli televiziyalar raketin sınaqdan uğurla keçdiyini bəyan edib.