29 İyul 2017 18:59
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillerson Şimali Koreya təhlükəsinin artmasında Rusiya və Çini günahkar sayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Rusiya və Çinin ballistik raket sınaqlarından sonra Şimali Koreya iqtisadi yardımı dayandırmamaqda ittiham edib:

"Rusiya və Çinin yardımları ilə Şimali Koreya raketlər hazırlayır və dünya üçün təhlükə törədir. Moskva və Pekin hökuməti ballistik raket sınaqlarına görə məsuliyyət daşıyır".

Qeyd edək ki, Şimali Koreya gecə saatlarında ballistik raket sınağı keçirib. Yerli televiziyalar sınağın uğurla həyata keçdiyini bəyan edib.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər