29 İyul 2017 23:59
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Məyadin şəhərində 10 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Federal xəbər agentliyi" məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında beş uşaq var.

Bundan başqa, qərb koalisiyası Deyr-əz-Zor əyalətinin cənub hissəsində yerləşən Diban və Əl-Tayyani yaşayış məntəqələrinə də bir neçə raket-bomba zərbələri endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər