Teleqraf.com xəbər verir ki, hadisə Londonun şimalında Kinfsland küçəsində baş verib. Etirazçılar polisə kustar üsulla hazırlanan silah və yandırıcı vasitələr atıb. Eyni zamanda ərazidəki obyektləri odlayıb, yollarda barrikadalar qurub. London polisi məcbur olub havaya vertolyot qaldıraraq proseslərə bu şəkildə nəzarət edib.
Qeyd edək ki, etiraz aksiyasına səbəb ötən həftə polisin 20 yaşlı qaradərili Raşan Carlesi öldürməsi olub. Gecə saatlarında etirazçılar Carlesin öldürüldüyü yerə toplaşaraq aksiyanı buradan başlayıblar.