Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulur.
Sanksiyalara əsasən, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanır.
Bundan əvvəl ABŞ Venesuelada keçirilmiş Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.