3 Avqust 2017 20:48
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ankaradakı səfirliyi Suriyada İŞİD-ə qarşı vuruşan tərəflərə tank verilməsinə dair xəbərləri təkzib edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bir müddən öncə yayılan məlumata görə, ABŞ PKK-nın Suriya qolu olan YPG-yə içi silahdolu yüzlərlə TIR göndərib.

ABŞ-ın Türkiyədəki səfirliyi "Suriyaya gedən TIR-larla bağlı mətbuatda çıxan yanlış xəbərlərə dair açıqlama" başlıqlı bəyanatında qeyd edir ki, ABŞ Suriyada İŞİD-ə qarşı vuruşan hər hansı qrupa silah verməyib.

"ABŞ yüngül silahlardan ibarət hərbi yardımla Suriya Demokratik Qüvvələrinin daxilindəki Suriya Ərəb Koalisiyasını dəstəkləyir. Suriyalı ərəblər İŞİD-i bölgədən təmizləmək üçün savaşırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər