Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, Avstraliya polisi sözügedən şəxsin bunu İŞİD-ün yüksək rütbəli komandirinin göstərişinə əsasən etdiyini deyib.
Polisin verdiyi açıqlamaya görə, İŞİD terrorçusu ictimai yerdə çoxsaylı insan tələfatı törətmək məqsədilə zəhərli qaz tərkibli bombanı ev şəraitində düzəldərək, heç kimin “şübhələnmədiyi” Sidneydə yaşayan qardaşına göndərib.
Yüksək partlayıcılıq gücünə malik bomba Türkiyədən karqo təyyarəsi vasitəsilə göndərilib.
Avstraliya polis rəsmisi indiyə kimi Sidney hava limanında belə “karqo” ilə rastlaşmadıqlarını deyib.
Etihad hava yolundan isə bildiriblər ki, məsələnin araşdırılmasında Avstraliya polisi ilə əməkdaşlıq etməyə hazırdırlar.
Karqonu götürməyə gedən digər qardaş həbs olunub. Məsələ barədə araşdırma aparılır.