5 Avqust 2017 13:14
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Türkiyə hökumətinə qarşı tədbirlərin sərtləşdirilməsi tələbiylə Avropa Birliyi rəsmilərinə məktub yazdığı ortaya çıxıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, məktub AB rəsmilərinə 24 iyulda yazılıb.

Zimqar Qabriel AB Xarici Siyasət Nümayəndəsi Federika Moqerini və birliyin digər üzvü Yohannes Hahnaya yazdığı məktubda Ankara ilə bağlı daha sərt tədbirlər görülməsinə çağırış edib.

Məktubda deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti Avropa dəyərlər sistemi ilə açıq bir təzad içindədir və buna görə dəqiq bir cavab tələb edilməlidir.

Sosial Demokrat Partiyasından bildirilib ki, əlaqələri yaxşılaşdırmaq üçün göstərilən səylər Ankaranın gedərək daha aqressiv və qeyri-konstruktiv siyasəti üzündən boşa çıxıb və buna görə də Avropa İnvestisiya Bankının layihəsində Türkiyə ilə bağlı addımlar məhdudlaşdırılmalıdır kimi fikirlər də məktubda yer alıb.

Qeyd edək ki, AB isə öz növbəsində bu çağırışa mənfi cavab verərək Türkiyə ilə əlaqələrin davam etdirilməsindən yana olduqlarını bildirib.


Müəllif: İlhamə Əbülfət